Bakı, 27 aprel, TELEQRAF
Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Bakıya dönüb.
Teleqraf xəbər verir ki, YAP təmsilçiləri aprelin 25-də Çjetsyan vilayətinin paytaxtı Hancou şəhərindəki Çin Kommunist Partiyası vilayət komitəsinin partiya məktəbində bu ölkənin elmi-texniki nailiyyətləri və inkişaf təcrübəsinə həsr olunmuş seminara qatılıblar.
YAP nümayəndə heyəti, həmçinin “ağıllı şəhər” idarəetməsi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə ən son elmi-texniki yeniliklərə nail olan Dahua Texnologiya şirkətinin mənzil-qərargahını və Syaoquçen kəndini ziyarət edib.
Aprelin 26-da nümayəndə heyətinin vilayətin İu şəhərindəki Beynəlxalq Ticarət Mərkəzi, 27-də isə Hancou Şəhər Planlaşdırılması Muzeyi, Hancou şəhər seyrangahı və Lonqtsin kəndini ziyarəti, eləcə də Sihu gölündə gəzintisi təşkil olunub.
Xatırladaq ki, nümayəndə heyətinə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq edib.