Məlum olduğu kimi, “Real” İspaniya Kral Kubokunun finalında əzəli rəqibi “Barselona”ya məğlub olub (2:3, əlvə vaxt 2:2).
Arena.az “Managing Madrid” dərgisinə istinadən məlumat verir ki, oyundan sonra “qaymaqlılar”ın baş məşqçisi Karlo Ançelottiyə “Real”dakı gələcəyi ilə bağlı sual ünvanlanıb.
İtalyan mütəxəssis cavabı ilə diqqət çəkib:
“Bu, gələcək həftələrdə fəsad olacaq, nəinki bu gün”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a ələndikdən (səfərdə 0:3, evdə 1:2) sonra mətbuatda, Ançelottinin cari mövsümün sonunda istefaya göndəriləcəyi haqda xəbərlər dolaşır. İtalyan mütəxəssisin Braziliya millisini çallışdıra biləcəyi haqda şayiələr var.
Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdan italiyalı məşqçi indiyədək “qaymaqlılar”ı çalışdırır. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 348 oyuna çıxarıb, 249 qələbə, 48 heç-heçə, 51 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 834:342 nisbətindədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.
65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.
“Real” 33 oyundan 72 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.