AZ

Türkiyədə ardıcıl zəlzələlər oldu

Kütahyada 3 bal gücündə 2 zəlzələ olub.

Turanpress.org  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub.

Yerli vaxtla saat 08:00-da qeydə alınmış zəlzələnin ocağı 6.2 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət barədə məlumat verilməyib./Teleqraf 

Seçilən
0
3
turanpress.com

4Mənbələr