AZ

London marafonu: Efiopiyalı atlet yeni rekordla qalib oldu

BAKI. 27 aprel. TELEQRAF

Efiopiyalı atlet Tigist Assefa qadınlar arasında London marafonunun dünya rekordu ilə qalibi olub.

Teleqraf xəbər verir ki, 28 yaşlı idmançı finişə 2 saat 15 dəqiqə 50 saniyəyə çatıb.

Beləliklə, o, keniyalı Peres Cepçirpirə məxsus əvvəlki rekordu 26 saniyə geridə qoyub.

London marafonunda ikinci yeri keniyalı Coysilin Cepkosgey (2:18.43) tutubsa, niderlandlı olimpiya çempionu Sifan Hassan (2:18:59) üçüncü olub.

Assefa daha əvvəl 2024-cü il Paris Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Qeyd edək ki, Böyük Britaniya paytaxtında 1981-ci ildən keçirilən London marafonunda iştirakçılar Qrinviç parkından Temza çayı boyunca Biq Ben, Tauer və digər məşhur görməli yerlərin yanı ilə qaçırlar.

Seçilən
8
teleqraf.com

1Mənbələr