AZ

Milli üzvü oynadı, komandası qələbə qazandı

Finlandiya çempionatında 4-cü turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün komandası – HJK da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə VPS ilə üz-üzə gəlib və 3:1 hesablı qələbəyə sevinib.

Komandasının yeni mövsümdə ilk qələbəsinə sevindiyi oyunda Ozan da iştirak edib. O, 84-cü dəqiqədə meydana buraxılıb.

Helsinki təmsilçisi hazırda 3 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
17
1
idmanxeber.az

2Mənbələr