AZ

Mahmud Abbas xələfini SEÇDİ

Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyin Eş-Şeyxi müavini və mümkün xələfi təyin edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.

 

Fələstin Azadlıq Təşkilatının razılığı ilə Hüseyin Eş-Şeyx bu vəzifəyə təyin olunub.

 

Fələstin Azadlıq Təşkilatı yaradıldığı 1964-cü ildən sonra ilk dəfə bu il aprelin 24-də prezident müavini vəzifəsinin təsisinə qərar vermişdi.

 

Qeyd edək ki, 89 yaşlı Mahmud Abbas 2004-cü ildə Yaser Ərəfatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin prezidentidir. 64 yaşlı Hüseyin Eş-Şeyx isə Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin Baş katibi olub.

Seçilən
2
9
modern.az

10Mənbələr