Yəməndən atılan raket İsrail ərazisinə daxil olmadan əvvəl ələ keçirilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidməti məlumat yayıb .
“Bir müddət əvvəl Aravaxa və Ölü dəniz bölgələrində səslənən sirenlərdən sonra Yəməndən atılan raket ələ keçirilib”, - deyə məlumatda bildirilir.
İDF əlavə edib ki, raket İsrail ərazisinə keçməzdən əvvəl ələ keçirilib. Protokola uyğun olaraq səsli xəbərdarlıq sirenləri işə salınıb.