AZ

İranın ən böyük ticarət limanında partlayış: Ölən və yaralananlar var

İranda Bəndər Abbasın Şəhid Rəcai ticarət limanında güclü partlayış baş verib, ölən və yaralananlar var.

İRNA yazıb ki, azı 14 nəfər həlak olub, 750-dən çox yaralı var.

Partlayışın səbəbi bəlli deyil.

Sosial mediada yayılan video görüntülərdə göyə qara tüstünün yüksəldiyi görünür. Partlayış limanda yanğına səbəb olub. Dağıntılar var.

Bəndər Abbas Qanköçürmə Mərkəzi bütün qan qruplarından kömək istəyib.

Eyni zamanda, Səhiyyə Nazirliyi şəhərdə çirkləndirici maddələrin miqdarının artması ilə əlaqədar əhalidən evdə qalmağı, üz maskaları və yanğına davamlı geyimlərdən istifadə etməyi xahiş edib.

Hormozgan Qubernatorluğu Böhran İdarəsi sabah Bəndər Abbasdakı bütün məktəblər, universitetlər və ofislərin bağlanacağını açıqlayıb.

İran

Şəklin mənbəyi, EPA

Seçilən
57
bbc.com

1Mənbələr