BAKI, 26 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vatikanda papanın dəfn mərasimində qara deyil, mavi kostyum geyinərək geyim qaydalarını pozub.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşri məlumat yayıb.
Tramp və onun qara donda olan xanımı Melaniya vida mərasimindən dərhal sonra mərasimi tərk ediblər.
Nəşrin qeyd edir ki, Vatikanın Müqəddəs Pyotr meydanında dəfn mərasiminin geyim qaydalarına görə, kişilər qara qalstuklu tünd kostyum, qadınlara isə uzun qara paltarlar, əlcəklər və örtüklər taxmalıdır.