AZ

Zaqataladan axan çaylarda sululuq artıb, selə qarşı tədbirlərə başlanılıb

Zaqatala rayonu ərazisindən axan dağ çaylarında selə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.

Qeyd edilib ki, idarə tərəfindən çaylarda sahil-mühafizə işlərinə başlanılıb. Təsdiq olunmuş istismar planına uyğun olaraq çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel olaraq aparılır.

Qeyd olunub ki, rayon ərazisindən 7 ədəd çay keçir ki, həmin çayların sahillərində 45 km-ə yaxın sahil mühafizə bəndləri mövcuddur. Onlardan əkin sahələrinin, yaşayış məntəqələrinin mühafizə olunması məqsədilə 100 paqonometr uzunluğunda daş-beton bəndlər təmir olunub. Çaylarda isə buldozerlər və ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi sahəsində 236 min kbm-dən artıq həcmində müvafiq işlər görülüb. Hazırda ən təhlükəli çaylardan hesab olunan Muxaxçay sisteminin buldozerlərlə tənzimlənməsi davam edir.

Seçilən
2
5
far.az

7Mənbələr