Sandro Vaqner Almaniya yığmasını tərk edəcək.
Almaniya Futbol İttifaqının rəsmi saytının məlumatına görə, o, baş məşqçisinin köməkçisi vəzifısindən ayrılacaq. Almaniyalı mütəxəssis milli komandada Millətlər Liqasının oyunlarının sonuna kimi çalışacaq. İyunun 4-də Almaniya yığması turnirin yarımfinalında Portuqaliya ilə qarşılaşacaq. Komanda iyunun 8-də isə finalda və ya 3-cü yer uğrunda matçda çıxış edəcək.
Qeyd edək ki, Vaqner Almaniya millisindən əvvəl iki il 3-cü divizionda çıxış edən “Unterhaxinq” komandasını çalışdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta