AZ

Tramp Rusiyanı sanksiyalara ilə hədələdi

BAKI, 26 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna ərazisinin atəşə tutulmasından sonra Rusiyanı bank sanksiyaları ilə hədələyib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya raket atması üçün heç bir səbəb yoxdur.

"Bu, məni düşünməyə vadar edir ki, bəlkə o, müharibəni dayandırmaq istəmir... və onunla başqa cür, bank və ya ikinci dərəcəli sanksiyalarla mübarizə aparmaq lazımdır?" – Tramp yazıb.

Seçilən
10
1
teleqraf.com

4Mənbələr