BAKI, 26 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vatikanda görüşünü davam etdirməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukrayna" agentliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ prezidenti Papa Fransiskin dəfn mərasimi başa çatdıqdan dərhal sonra Romanı tərk edib.
Agentliyin məlumatına görə, dəfn mərasimində Tramp və Zelenski Müqəddəs Pyotr Katedralində təxminən 15 dəqiqə davam edən qısa görüş keçirə biliblər.
Daha əvvəl "Sky News" xəbər vermişdi ki, Tramp və Zelenski mərasimdən sonra danışıqları davam etdirmək barədə razılığa gəliblər.