Bakı. Trend:
Çexiyanın Dvur şəhəri yaxınlığındakı alçaq dağın yamacında ikiturist 300,6 min avro dəyərində olan xəzinə aşkar edib.
Trend xəbərverir ki, içərisində ümumi çəkisi 7 kiloqram olan qızıl sikkələr,zinət əşyaları və digər əşyalar olan iki qutu turistlər tərəfindənhadisə yerinə çağırılan polisə təhvil verilib.
Daxili İşlər Nazirliyinin arxeologiya şöbəsi 3,7 kiloqramlıqsikkələrin qızıl olduğunu bildirib. Alimlər xəzinədən tapılan digərmetal əşyaları tədqiq edirlər. Qutular XX əsrdə tərk edilmiş meşəsahəsinin kənarında süni şəkildə yaradılmış daş kurqandagizlədilmişdi.
Kənarı təpənin səthindən yuxarı çıxan alüminium qutuda 11 sütunabölünmüş və parçaya bükülmüş cəmi 598 sikkə olub. Ölkənin Daxiliİşlər Nazirliyindən verilən məlumata görə, birincidən bir metrəyaxın məsafədə tapılan metal qutunun içərisində sarı metaldanhazırlanmış əşyalar - 16 tütün qutusu, on qolbaq, incə məftildənhazırlanmış çanta, daraq, brelok və pudra qabı olub.