AZ

İspaniya Kral Kubokunun qalibi nə qədər qazanacaq?

Cari mövsümün İspaniya Kral Kubokunun “Barselona” – “Real” finalında qalib gələcək klubun mükafat məğləği ictimaiyyətə açıqlanıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniya Kral Kubokunun qalibinə 1,2 milyon avro məbləğində mükafat təqdim edəcək.

Məğlub komanda isə xəzinəsini 1 milyon avro məbləğində qazancla doldura biləcək. Müvafiq məbləğ əsasən televiziya meydançaları üçün yayım hüquqlarının satışı müqabilidə toplanılır.

Həmçinin “Barselona” və “Real” bilet satışlarından əldə edilmiş əlavə gəlir götürəcəklər. Gözlənilir ki, final oyununa 50 mindən artıq bilet satılacaq – biletlərin qiymət civarı 72 avro məbləğdən 270 avro məbləğə qədərdir. Təşkilati xərclər çıxıldıqdan sonra qalan məbləğ İspaniya Kral Futbol Federasiyası və yarışın finalçıları arasında bölüşdürüləcək. Bunun nəticəsində onlar daha 1 milyon avro məbləğə yaxın qazanc əldə edə bilərlər.

Xatırladaq ki, İspaniya Kral Kubokunun “Barselona” – “Real” oyunu bu gün, aprelin 26-da Sevilyanın “Olimpiya Stadionu”nda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (27 Aprel) başladacaq.

Seçilən
17
arena.az

1Mənbələr