“Real”ın prezidenti Florentino Peres İspaniya Kral Kubokunun final oyunu ərəfəsində “qaymaqlılar”ın düşərgəsini ziyarət edib.
Arena.az məlumat verir ki, Peres “Real”ın Sevilyada məskən saldı mehmanxanada olub.
Florentino Peres komandasının oyunçularına mənəvi dəstəyini nümayiş etdirib, xoş gözə dəyib.
Xatırladaq ki, dünən, aprelin 25-də “qaymaqlılar” “Barselona” ilə final oyununa həsr edilmiş rəsmi tədbirlərdən imtina ediblər. Ələlxüsus “Real” oyunöncəsi mətbuat toplantısına qatılmayıb, həmçinin fotoçəkilişlərdə iştirak etməyib, şam yeyəyində olmayıb və məşq keçirməyib.
Vurğulanır ki, “kral klubu” bunu, oyunun hakimləri – baş hakim Rikardo De Burqos Benqoeçea və VAR hakimi Qosales Fuertesin “Real”ın klub tleviziyasının ünvanına səsləndirdiyi mənfi fikirlərinə etiraz əlaməti olaraq edib. Buna qədər “Real Madrid” televiziyası Benqoeçeanın işini tənqidlə çıxış etmişdi.
Daha əvvəl, “Real”ın İsapniya Kral Kubokunun final oyununu boykot edəcəyi ilə bağlı məlumat da yayılıb, amma Madrid klubu rəsmi bəyanatla çıxış edərək, müvafiq şayiəni təkzib edib.
Xatırladaq ki, İspaniya Kral Kubokunun “Barselona” – “Real” oyunu bu gün, aprelin 26-da Sevilyanın “Olimpiya Stadionu”nda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (27 Aprel) başladacaq.