AZ

“Kiyev rejiminin Kursk vilayətini işğal etmək avantürası iflasa uğradı” - Putin

“Kiyev rejiminin Kursk vilayətini işğal etmək avantürası tamamilə iflasa uğradı”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin regionun Ukrayna Silahlı Qüvvələrindən azad edilməsini şərh edərkən deyib.

“Kiyev rejiminin avantürası tamamilə iflasa uğradı və düşmənin verdiyi böyük itkilər, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin ən döyüş qabiliyyətinə malik, təlim keçmiş və təchiz edilmiş qüvvələri, o cümlədən hücum bölmələri, eləcə də xüsusi təyinatlılar bütün döyüş təmas xəttində öz əksini tapacaq”, - prezident bildirib.

Putin əlavə edib ki, Kursk sərhəd bölgəsinin təmizlənməsi neonasist rejiminin məğlubiyyətini yaxınlaşdırır.

Qeyd edək ki, Putin daha əvvəl Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi münasibətilə rus qoşunlarını təbrik edib.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr