AZ

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı Qahirədə danışıqlar aparır

HƏMAS-ın Qahirəyə göndərdiyi nümayəndə heyəti misirli həmkarları ilə Qəzzə zolağında atəşkəsi müzakirə edir.Bu barədə müvafiq bəyanat hərəkatın teleqram-kanalında paylaşılıb.

"HƏMAS rəhbərliyinin nümayəndələri aprelin 26-sı səhər saatlarında Qahirəyə gəliblər. Artıq Misir rəsmiləri ilə Qəzzada atəşkəs və hərtərəfli razılaşma çərçivəsində İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsi barədə danışıqlara başlayıblar", - məlumatda bildirilib.

Seçilən
3
6
anews.az

7Mənbələr