AZ

Dünyanın ən seksual idmançısı qısa şortda - FOTO

“Busted Coverage” tərəfindən dünyanın ən seksual idmançısı seçilən alman qaçışçı Alisa Şmidt 5 milyondan çox izləyicisi olan “Instagram” hesabında yeni fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, fotoda idmançı boz şortda və ağ kofta ilə boz qısa pencəkdə pozalar verib.

Şmidt 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarına vəsiqə qazanıb. O, Almaniya komandasının tərkibində 4x400 metr məsafəyə estafet yarışında iştirak edib.

2017-ci ildə Şmidt 20 yaşadək futbolçular arasında Avropa çempionatında 4x400 metr məsafəyə estafetdə Almaniya komandasının tərkibində ikinci yeri tutub.

Seçilən
37
27
publika.az

10Mənbələr