AZ

İranda limanda güclü partlayış: 195 nəfər xəsarət alıb - VİDEO

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində indiyədək 195 nəfər xəsarət alıb.

Day.Az xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Şəhid Rəcai limanında partlayışdan dərhal sonra hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib.

Qeyd edək ki, İranın Şəhid Rəcai limanında bu gün güclü partlayış baş verib. Partlayışdan sonra baş verən yanğın hələ də davam edir. Yanğının söndürülməsi ilə əlaqədar tədbirlər görülür. Hadisənin səbəbinin hələlik dəqiqləşdirilmədiyi bildirilir.

Seçilən
69
day.az

1Mənbələr