Hindistan və Pakistan əsgərləri arasında toqquşma baş verib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Hindistanın Kəşmir bölgəsində 26 turistin ölümünə səbəb olan və Pakistan yaraqlılarının üzərinə atılan hücumdan sonra münasibətlər sürətlə pisləşib. Nəticədə iki ölkənin əsgərləri bugün ardıcıl ikinci dəfə qarşılıqlı atəş açıb.
Hindistan ordusu dünən gecə yarısından sonra Kəşmirdə iki ölkənin nəzarətində olan əraziləri ayıran 740 km-lik de-fakto sərhədi boyunca Pakistan ordusundan gələn çoxsaylı silah atəşinə qarşılıq verdiklərini bildirib.
Bəzi mənbələrə görə, Pakistan Xarici İşlər Nazirliyi Hindistana qarşı diplomatik sanksiyalar tətbiq edərək, sərhəd qapılarını bağlayıb və Hindistan hərbi məsləhətçilərinin 48 saat ərzində ölkəni tərk etmələrini tələb edib. Hindistan isə Pakistanı atəşkəsi pozmaqda ittiham edib.