AZ

"Tramp nəhayət Ukrayna ilə bağlı sülh sazişinə əsas maneənin fərqinə varıb" - "The Wall Street Journal"

 
"Trampın sülh əldə edəcəyinə olan inamı Rusiya liderinə duyduğu heyranlıqdan qaynaqlanır..."
 
Trampın müşavirləri deyir ki, son vaxtlar o, Putinin heç bir çeviklik göstərməməsinə həqiqətən təəccüblənib və daxilən bundan narahatdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Ukraynaya aylarla təzyiq göstərərək sülh sazişi əldə etməyə çalışan ABŞ prezidenti Donald Tramp, görünür, nəhayət müharibənin başa çatmasına əsas əngəlin Rusiya olduğunu anlayıb.
 
Nəşr  yazır ki, Tramp hələ də Moskvanı güzəştlərə məcbur etməyə ciddi həvəs göstərmir. Trampın döyüşləri tez bir zamanda dayandıracağına dair verdiyi vədə baxmayaraq, bunu bacarmaması onu getdikcə daha da məyus edir və sanki hərəkətsiz vəziyyətə salır.
 
İndi əsas sual budur: Tramp Moskvanı sazişə nail olmaq üçün eyni dərəcədə sərt şəkildə sıxa biləcəkmi? Halbuki bu addım onun Rusiya ilə yaxınlaşmaq kimi daha böyük hədəfini risk altına atar.
 
"Məqalədə bildirilir ki, Tramp əvvəllər Putini tənqid etsə də, bu, nadir hallarda olub. Onun müşavirləri deyir ki, son zamanlar Tramp Putinin daha çox çeviklik göstərməməsinə gerçəkdən təəccüblənir və daxilən buna görə əsəbiləşir". Bununla yanaşı, Tramp hələ də Putinə qarşı çıxmaq istəyi göstərmir. Onun sülh əldə edəcəyinə olan inamı, görünür, Rusiya liderinə duyduğu heyranlıqdan qaynaqlanır, - nəşr yazıb.
 
Nəşrin qeyd etdiyinə görə, Tramp təhlükəli bir fərziyyəyə əsaslanır, Kremlin guya doğrudan da sülh istədiyinə inanır. Beynəlxalq Münasibətlər Şurasının əməkdaşı Tomas Qrem hesab edir ki, bu, Trampın nümayəndəsi Stiven Uitkoffun Rusiyaya dair təcrübəsinin olmaması və Moskvanın mövqeyini olduğundan daha nikbin göstərməsi ilə bağlı ola bilər. Bu da Trampın sonradan aldadıldığını hiss etməsinə gətirib çıxara bilər.
 
Bu arada Karnegi Fondunun Rusiya-Avrasiya Mərkəzinin baş elmi əməkdaşı Tatyana Stanovaya bildirir ki, Putin yaxın vaxtlarda Ukrayna ilə sülh sazişi imzalamaq istəmir. Amma Trampın könlünü almaq üçün belə bir ideyanı nəzərdən keçirə bilər. Onun sözlərinə görə, Kreml Trampı incitməkdən çəkinir, lakin Putinin Ukraynada "qalib gəlmək" istəyi bu ehtiyatı üstələyir.
 
"Rusiya tərəfi düşünür ki, döyüş meydanında tədricən irəlilədikləri və ABŞ-dan əlavə güzəştlər əldə etdikləri halda, saziş bağlamağa əsas yoxdur. Niyə tələsinlər ki?" - Bayden administrasiyasının Milli Təhlükəsizlik Şurasının sabiq rəsmisi Erik Qrin bildirib.
Seçilən
13
moderator.az

1Mənbələr