AZ

Azərbaycan millisinin üzvü karyerasını bitirdi

Bədii gimnastika üzrə milli komandamızın üzvü, Avropa çempionatının bürünc, gənclər arasında Dünya çempionatının gümüş və bürünc medalçısı Arzu Cəlilova peşəkar idman karyerasını başa vurdu.

O, Milli Gimnastika Arenasında baş tutan yarış zamanı gimnast kimi son çıxışı ilə idman karyerasına vida etdi. Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fatimə Şəfizadə Arzu Cəlilovanı Azərbaycan gimnastikasının inkişafına verdiyi töhfələrə görə təltif etdi.

Seçilən
19
4
teleqraf.com

2Mənbələr