AZ

Bakıda “Bolmart”dan ərzaq oğurlayan kişi həbs edildi

BAKI, 26 aprel. TELEQRAF

Bakının Yasamal rayonunda “Bolmart” mağazasından oğurluq edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə bir nəfər şəxs mağazaya girərək 493 manat dəyərində ərzaq məhsulu oğurlaması müəyyən edilib.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə müraciət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə təqsirli bilinən Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Əhməd Vəliyev (ad və soyad şərti verilib – red.) saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda oğurluq) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxsə əvvəlcə oğurluğu boynuna almayıb. O, iddia edib ki, mağazada olsa da, heç nə götürməyib. Amma ona oğurluq etməsi ilə bağlı kameralara düşdüyü deyilib və həmin görüntülər nümayiş etdirilib. Bundan sonra o, əməlini etiraf edib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilib.

Qeyd edək ki, həmin şəxs bundan əvvəl də Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətmək), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.5-ci (oğurluq - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə mühakimə edilib.

Seçilən
2
teleqraf.com

1Mənbələr