AZ

ABŞ 2 milyard dollarlıq “Tomahawk” raketlərinin Niderlanda satışını təsdiqləyib

ABŞ hökuməti 2.19 milyard dollar dəyərindəki “Tomahawk” uzaq mənzilli qanadlı raketlərin Niderlanda satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə “Tomahawk” raketinin 163 ədəd Block V, 12 ədəd Block IV versiyasının və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.

Seçilən
32
17
poliqon.az

10Mənbələr