AZ

Ançelotti Mbappenin “Barselona” ilə oyunda start heyətində olub-olmayacağına son anda qərar verəcək

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ulduz forvard Kilian Mbappenin İspaniya Kral Kuboku finalında "Barselona"ya qarşı matçın başlamasına bir neçə saat qalmış meydana çıxıb-çıxmayacağı ilə bağlı qərar verəcək.

90deqiqe.Az “COPE”yə istinadən xəbər verir ki, “qaymaqlılar”ın italiyalı çalışdırıcısı fransalı futbolçunun meydana çıxa biləcəyi ilə bağlı qərarını kataloniyalılarla oyundan dərhal əvvəl ilk dəqiqələrdən verəcək.

Mbappe start heyətində yer alacaqsa, o zaman braziliyalı Rodriqo böyük ehtimalla ehtiyat oyunçular skamyasında qalacaq.

Qeyd edək ki, Mbappe Çempionlar Liqasının “Arsenal”la oyununda zədələnib və “Real”ın ölkə çempionatında son iki oyununu buraxıb.

Bu mövsüm Mbappe bütün turnirlərdə 50 matçda iştirak edib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 170 milyon avrodur.

Seçilən
4
90deqiqe.az

1Mənbələr