Bakı. Trend:
Çaylarda müşahidə olunan hidroloji vəziyyət açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bildirilib ki, bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm,Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm,Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindənaxan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10sm artım qeydə alınıb.
Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 41 sm artımmüşahidə olunub.