AZ

“Zirə” avrokuboklara vəsiqəni rəsmiləşdirdi

Azərbaycan Premyer Liqasının daha bir mükafatçısı müəyyənləşib.

Msport.az xəbər verir ki, “Zirə” ilk “üçlük”də yerini təmin edərək avrokuboklara vəsiqə qazanıb.

Rəşad Sadıqovun yetirmələri XXXII turda “Kəpəz”lə bu gün keçiriləcək oyun öncəsi bu mükafata sahib çıxıb. Buna 4-cü pillədəki “Turan Tovuz”un xal itirməsi səbəb olub. “Şamaxı” səfərdəki 1:1 hesablı heç-heçə ilə “Zirə”yə medal və Avropaya bilet qazandırıb. 61 xalı olan qəsəbə klubu 4-cü yerdən 12 xal uzaqlıqdadır. Sona 4 tur qalmış “Turan Tovuz” xallara görə “Zirə”yə çatmaq imkanını qorusa da, əlavə göstəricilərdə bakılılar öndə olacaq.

“Zirə” bununla tarixində 4-cü dəfə Premyer Liqanın medalını qazanıb. 2015-16 və 2023-24 mövsümlərində gümüşə sahib çıxan paytaxt təmsilçisi 2021-22 mövsümündə bürünclə kifayətlənib.

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Zirə” matçı Tovuzda baş tutacaq.

Seçilən
4
1
msport.az

2Mənbələr