AZ

Roma Papası bu gün dəfn olunur

Bu gün İtaliyanın paytaxtında Papa Fransisklə vidalaşma mərasimi keçiriləcək.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu səhər Vatikandakı Müqəddəs Pyotr meydanı yenidən ziyarətçilər üçün açılıb - məhz burada bir neçə dildə ayin keçiriləcək.
 

Kilsə xidmətini yerli vaxtla saat 9:00-da kardinallar kollegiyasının dekanı Covanni Battista Re başlayacaq.


Mərasimdə bir çox ölkələrin liderlərinin iştirakı gözlənilir. Qeyd edək ki, ötən gün Azərbaycandan Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın Roma şəhərinə səfər edib. S.Qafarova bu gün Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

Bir saat yarım davam edəcək ayindən sonra pontifikin cəsədi olan tabut Müqəddəs Pyotr kilsəsinə gətiriləcək, oradan da matəm qəfiləsi başlayacaq.

Dəfn yerinə gedən marşrut Romanın mərkəzindən keçəcək. Qəfilə Venesiya meydanı, Roma Forumu və Kolizeyin yanından keçəcək və günorta vaxtı Santa-Maria-Maggiore kilsəsinə çatacaq. Dəfn mərasiminin özü ictimaiyyətin iştirakı olmadan keçiriləcək. Mərasimi küçədən və şəhərdə quraşdırılmış böyük ekranlardan izləmək mümkün olacaq.

Bizim.Media

Seçilən
9
3
bizim.media

4Mənbələr