Şamaxıda mikroavtobus qəzaya uğrayıb.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Hacıqədirli kəndi ərazisində baş verib.
Belə ki, “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.
Son Yazılar:
- Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı
- Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq
- Hindistanda törədilən terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirildi
Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.
Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.