AZ

Qayıdış

Azərbaycan I Liqasında XXIII tura yekun vurulub.

Bu turda qələbə qazanan “Karvan” və “İmişli” sona 4 oyun qalmış Premyer Liqaya vəsiqəni, lider “Qəbələ” isə MOİK-ə qalib gələrək çempionluğu təmin edib.

“Qəbələ”nin qızıl medallar yolu daha asan keçdi. Heyətinə və şəraitinə görə digər komandalardan bir baş üstün olan “qırmızı-qaralar” 23 oyunda 18 qələbə qazanıb, 1 dəfə uduzub. Yeganə məğlubiyyət XXII turda “İmişli”yə qarşı olub. Rəqib qapılarına 46 qol vuran bölgə təmsilçisi 5 qol buraxıb.

Elitaya vəsiqə qazanan “İmişli” və “Karvan” da heyətinə görə seçilir. Müvafiq olaraq 44 və 43 xal toplayan komandalar 4-cü pillədəki “Zaqatala”nı 16, 15 xal qabaqlayır.

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq bölgə təmsilçilərinin elitadakı çıxışı maraqla gözlənilir. Hər üç komanda heyətlə bağlı çalışmalar etməli, güclənməlidir. 2025/26 mövsümündən legioner limiti tətbiq edilməyəcək. Komandaların legionerlərə, yoxsa yerli gənc oyunçulara üstünlük verəcəyi sual altındadır.

I Liqanı tərk etməyə isə namizədlər çoxdur. Maraqlıdır ki, sona 4 tur qalmış 4-cü ilə 10-cu komanda arasında cəmi 6 xallıq fərq var. “Cəbrayıl”, “Difai” və “Qaradağ Lökbatan” 22 xaldadır. İndiki məqamda bu kollektivlər arasında liqada qalmaq mübarizəsi olacaq.

Şahin Cəfərov

Seçilən
9
futbolpress.az

1Mənbələr