İran çempionatında 22-ci turunun təxirə salınmış oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, lider “Traktor” səfərdə “Foolad”la üz-üzə gəlib. Qarşılaşma Təbriz klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 61-ə yüksəldən “Traktor” liderliyini davam etdirir. 2-ci pillədə olan “Sepahan”ın 56 xalı var. Mövsümün bitməsinə 3 tur qalıb.