AZ

Putinlə Uitkoffun görüşündə Ukrayna ilə birbaşa danışıqların bərpası imkanları MÜZAKİRƏ EDİLİB

Putinlə Uitkoff arasında üç saat davam edən görüş konstruktiv və faydalı olub.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Bugünkü söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, digər beynəlxalq məsələlərdə də mövqelərimizi daha da yaxınlaşdırmağa imkan verdi”, - deyə Putinin köməkçisi deyib.

Uşakov qeyd edib ki, görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanları müzakirə olunub.

Bizim.Media

Seçilən
17
8
bizim.media

10Mənbələr