
Tramp administrasiyası milyardlarla dollar maliyyələşdirməni blokladığı üçün Harvard Universiteti 1 milyard dollarlıq aktivini satmaq üçün danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət təhsil müəssisəsinin şəxsi fondunun səhm portfelindən gedir.
Harvard Universiteti “Lexington Partners” investisiya firmasına səhmləri köçürmək üçün “Jefferies Financial Group” ilə işləyir. Mümkün sövdələşmənin şərtləri tam razılaşdırılmayıb və dəyişdirilə bilər.
Universitet 2024-cü ildə, hətta Trampın andiçmə mərasimindən əvvəl portfeli satmaq üçün səylərə başlayıb.
Qeyd edək ki, aprelin 15-də Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. Təhsil Nazirliyi Harvarda 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.
Xatırladaq ki, bundan əvvəl Amerika administrasiyası yəhudi tələbələri antisemitizmdən qorumağı əsas gətirərək, məktəbin siyasətində dəyişiklik edilməsini tələb edib.