Bakı. Trend:
Azərbaycan Respublikasının Hökuməti və “Universal SolarAzerbaijan” MMC (“Universal Energy Co., Ltd.” şirkətininAzərbaycandakı törəmə müəssisəsi) arasında Azərbaycanda 100 MVtgücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlıİnvestisiya Müqaviləsi Energetika Nazirliyi və “Universal SolarAzerbaijan” MMC tərəfindən imzalanıb.
Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 MVtgücündə günəş elektrik stansiyasının tikintisini və istismarınınəzərdə tutur. Növbəti mərhələdə şirkət ilə elektrik enerjisininalqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələriimzalanacaq.
2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada həril təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalıproqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbiiqaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını86 min ton azaltmağa imkan verəcək.
Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi iləmüəyyənləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsindəəməkdaşlığa dair 6 sənəd imzalanıb.
Bildirilib ki, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəşelektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası,30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündəkülək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerjivə elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığıəhatə edir.