AZ

Belarusun baş naziri PUA hücumuna görə Rusiyaya getmədi

Belarusun baş naziri Aleksandr Turçinin aprelin 23-də Tatarıstana (Rusiyaya ərazisində muxtar respublika, - red.) planlaşdırılan səfəri Kazan hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması səbəbindən təxirə salınıb.

"Unikal" xəbər verir ki,  bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb. 

"Nümayəndə heyəti bu gün uçmayacaq", - məlumatda qeyd olunub. 

Səfər çərçivəsində Belarusun Baş naziri ilə Tatarıstanın rəhbəri Rüstəm Minnixanov ilə görüşəcəkdi.  Səfərin yeni tarixinin hələ müəyyən edilmədiyi vurğulanır.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi Rusiya hava məkanı üzərində 11 Ukraynaya məxsus PUA vurduğunu açıqlamışdı. PUA hücumu səbəbində Kazan hava limanının fəaliyyəti məhdudlaşdırılıb. 

Gülayə Mecid 

Seçilən
65
39
unikal.az

10Mənbələr