Gəncədə zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Zəhərlənən şəxslərin qidadan zəhərləndiyi ehtimal olunur.
Fakt araşdırılır.
Tural Əhmədov