La Liqa “Barselona”nın oyununu təxirə salmağı planlaşdırmır.
Msport.az xəbər verir ki, Kataloniya 34-cü turunda “Valyadolid”lə oyunun daha erkən vaxta keçirilməsini xahiş etmişdi.
Səbəb Çempionlar Liqasında “İnter”ə qarşı cavab görüşünə daha yaxşı hazırlaşmaq istəyi idi. La Liqa təqvimdə dəyişiklik etmək fikrində deyil. Çünki “Barselona” bu cür vəziyyətin yarana biləcəyini artıq 7 apreldə – təqvim açıqlananda bilirdi.
La Liqa daha əvvəl həm “Barselona”, həm də “Real”ın 4 may tarixindəki oyunlarını yarımfinala çıxmaları ehtimalına görə 3 maya çəkmişdi. Lakin kataloniyalılar yalnız ötən həftə rəsmi müraciət etmişdi. Təşkilatçılar bu tələbi vaxtında edilmiş saymır və əlavə dəyişiklik etməyi planlaşdırmır.