AZ

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi: “Biz bezmişik”

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq dövlət katibi Marko Rubionun Ukrayna böhranının həlli üçün danışıqlar prosesindən geri çəkilə biləcəkləri barədə bəyanatını şərh edib.

Publika.az xəbər verir ki, Kelloq bu barədə “Fox News” telekanalına açıqlama verib.

Kelloq ölkəsinin Ukraynadakı münaqişədən bezdiyini dilə gətirib: "Rubionun sözləri sərt idi. Lakin belə olmalı idi, çünki biz baş verənlərdən bezmişik. Dünyada ABŞ-ın iştirak etməli olduğu bir çox başqa vacib məsələlər var”.

ABŞ rəsmisi münaqişənin çox uzandığını, lakin danışıqların hələ də uğurlu ola biləcəyini qeyd edib.

Seçilən
26
41
publika.az

10Mənbələr