AZ

Ursula fon der Leyen: İT nəhəngləri Aİ qaydalarına əməl etməlidir

Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, iri texnoloji şirkətlər kimin idarə etməsindən asılı olmayaraq, Avropa İttiaqı rəqəmsal qaydalarına riayət etməlidirlər...

Poliqon xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

O vurğulayıb ki, məhz Aİ qaydalarına görə "TikTok", X, "Apple", "Meta" və digər şirkətlərə qarşı işlər açılıb. O, qanunların ədalətli, proporsional və qərəzsiz tətbiq edildiyini bildirib.

Fon der Leyen vurğulayıb ki, Avropa İttifaqı bir şirkətin haradan olmasının və ya onu kimin idarə etməsinin vecinə deyil, Aİ insanları qorumaqla maraqlanır.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Amerikanın "Apple" və "Meta" texnologiya korporasiyalarını antiinhisar qanunlarını pozduqlarına görə cərimələmək niyyətindədir.

2024-cü ildə Avropa Komissiyası "Alphabet", "Apple" və "Meta"ya qarşı beş araşdırma başlatdı. Bu ilin mart ayında AK "Apple" və "Alphabet"lə bağlı cəza ilə nəticələnməyən üç qərar verib.

Poliqon.info

Seçilən
119
12
poliqon.info

10Mənbələr