AZ

Ukraynanın nadir minerallarının olması təsdiqlənmir - "El Mundo"

Bu barədə İspaniyanın “El Mundo” qəzetiməlumat yayıb. Nəşr ABŞ-nin keçmiş yüksək rütbəli məmuruna istinad edib. Söhbət Dövlət Departamentinin Ukraynanın yenidən qurulması üzrə xüsusi qrupunun keçmiş üzvü Tayson Barkerdən gedir.

"Hazırda heç kim Ukraynada kifayət qədər nadir torpaq metallarınınolub-olmadığını dəqiq bilmir. Neft, qaz, litium və qrafit ehtiyatları var. Hərçənd bunlar dünyada ən nadir ehtiyat deyil və çox yerdə buna rast gəlmək olur", - o, deyib.

Qeyd olunub ki, ABŞ prezidenti Donald Trampa ötürülən məlumatlar köhnəlib. Üstəlik, heç bir böyük mədən şirkəti kommersiya faydası olmadığı üçün Ukraynada təbii ehtiyatların çıxarılmasına zərrə qədər də maraq göstərməyib.

Məqalə müəllifi onu da vurğulayıb ki, Trampın təklif etdiyi saziş daha çox ABŞ-nin şantajına bənzəyir.

Xatırladaq ki, martın 27-də ABŞ-nin maliyyə naziri Skot Bessent nadir torpaq metalları ilə bağlı müqavilənin tezliklə imzalanacağını açıqlamışdı.Vaşinqton sənədin son variantını Kiyevə təhvil verib. Nazir onu da əlavə edib ki, ilkin variant dörd səhifədən ibarət olsa da, sonradan mətn genişləndirilib. Bessent həmçinin bildirib ki, Ukrayna ilə imzalanacaq mineral müqaviləsinə hərbi zəmanətlər daxil deyil.
Tural Tağıyev
AzVision.az

Seçilən
36
5
azvision.az

10Mənbələr