AZ

ABŞ ilə ticarət müharibəsi Aİ-yə 1,1 trilyon avroya başa gələcək

Bakı. Trend:

ABŞ ilə tarif müharibəsi 2025-2028-ci illər ərzində Almaniyaya290 milyard avroya (illik ÜDM-in 1,6 faizi) başa gələcək. BütünAvropa İttifaqı (Aİ) üçün xərclər isə 1,1 trilyon avro təşkiledəcək. Hazırda tərəflər ticarət siyasəti ilə bağlı danışıqlaraparır.

Trend xəbər verir ki, burəqəmləri Amerika Prezidenti Donald Trampın gömrük siyasətininnəticələrini təhlil edən Almaniya İqtisadiyyat İnstitutu (IW)verib. O qeyd edir ki, inkişaf etməkdə olan ölkələr və inkişafetməkdə olan bazar iqtisadiyyatları Trampın tarif siyasətindən dahaçox əziyyət çəkəcək, bəziləri isə “artım nisbətlərində dramatikitkilərə məruz qalacaq”.

Martın 12-də Birləşmiş Ştatlar Aİ-dən idxal edilən 25 milyardavro dəyərində polad və alüminiuma 25 faizlik gömrük rüsumlarıtətbiq edib. Brüssel ABŞ-dan idxala 22 milyard avro dəyərində cavabrüsumları hazırlayıb və bu vergilər iki mərhələdə - 15 aprel və 15may tarixlərində qüvvəyə minməli idi.

Aprelin 2-də Tramp 200-dən çox ölkəyə “güzgü” tariflərinintətbiq ediləcəyini açıqlayıb. Aİ üçün bu nisbət 20 faiz idi.Tədbirin qüvvəyə minməli olduğu aprelin 9-da ABŞ Prezidenti 90günlük fasilə elan etdi və bu müddət ərzində 10 faizlik bazadərəcəsi tətbiq ediləcək. Brüssel də cavab tədbirlərinin tətbiqinimüvafiq şəkildə təxirə salıb.

Brüssel və Vaşinqton ticarət siyasəti ilə bağlı danışıqlaraparır. Xüsusilə, Avropa İttifaqı ABŞ-dan LNG alışını artırmağı,həmçinin bu ölkədən silah almaq və Avropanın yenidən silahlanmasıüçün maliyyə alətini genişləndirmək imkanlarını nəzərdənkeçirir.

Seçilən
40
18
az.trend.az

10Mənbələr