“Neftçi”də Azərbaycan Premyer Liqasının 31-ci turunun“Qarabağ” ilə matçın hazırlığı yekunlaşıb.
Futbolpress.az xəbər verir ki, komandandanın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçular – Edvin Kuç, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.
Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.