Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasınaişgüzar səfəri çərçivəsində Özbəkistan Respublikası Ali MəclisiSenatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasındamünasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq,əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusivurğulanıb.
Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksəkiradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxilolub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıqedirlər.
Görüşdə “Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali MəclisininSenatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair2024-2025-ci illər üçün praktiki tədbirlər planı”nda (Yol xəritəsi)cari il üçün nəzərdə tutulan tədbirlər haqqında geniş fikirmübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafındaparlamentlərin roluna da diqqət yetirilərək, qanunvericiorqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib.
Tənzilə Narbayeva cari ilin aprel ayında Özbəkistanın paytaxtıDaşkənd şəhərində təşkil olunan Parlamentlərarası İttifaqın 150-ciAssambleyasında iştirakına görə Milli Məclisin sədri SahibəQafarovaya minnətdarlığını ifadə edərək, Daşkənd şəhərindəQoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının uğurla təşkilolunması münasibətilə təbriklərini çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 150-ciAssambleyasının uğurla təşkili və Azərbaycan nümayəndə heyətinəgöstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürləriniifadə edərək, özünün bu tədbirdə iştirak etmək məqsədiləÖzbəkistana səfərini və orada keçirdiyi görüşləri məmnunluqlaxatırlayıb. Spiker Sahibə Qafarova Azərbaycan və Özbəkistanparlamentləri səviyyəsində qarşılıqlı səfərlərin mütəmadi xarakterdaşıdığını deyərək, bu səfərlərin və yüksək səviyyəli təmaslarınqanunverici orqanlarımız arasında əməkdaşlığın daha dadərinləşməsinə xidmət etdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.