"Son günlər musiqimiz yaman gündədir. Bu, yaralı yerimdir. Efirdən kənar düşdüm. Musiqidən bixəbər, duyğusuz insanlar onu elə bir yerə gətirib çıxartdılar ki..."
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Qonaqcanlı" verilişində deyib. Sənətçi bayağı mahnıların efirdə reklam edilməsini tənqid edib:
"Elə musiqilərə qulaq asırlar ki, deyirəm, siz nə edirsiniz? Bizi küsdürürsünüz. Meydan boş qala bilər. Amma ondan daha yaxşısı efirə çağırılmalıdır. Bu efir heyifdir. Efirə elə müğənnilər, sənətkarlar həsrət qalıb ki... Uzun müddət gözləyiblər ki, çıxa bilsinlər. İndi isə nə qədər əlçatan olub. Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər. Rəhbərlikdən çox şey asılıldır. Xahiş edirəm, efirdə musiqini yaman günə qoymayaq. Ayıbdır. Bir az həssas, diqqətli yanaşaq. Biz buna görə doğru-düzgün yaxınlarımızı görmədik, balalarımızın üzünə həsrət qaldıq. Söhbət sənətkarlardan gedir".
10Mənbələr
-
milli.az"İndikilər adamların başına çıxırlar" ( 16996118)
-
baki-xeber.com"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanım olardım" - Mətanət Əsədova ( 16870433)
-
milli.az"Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım" ( 16841226)
-
milli.azMətanət Əsədova: "Mən sənətkar deyiləm!" ( 16549975)
-
yenisabah.azMətanət Əsədova tənqid etdi: “Gör, efiri kimlər idarə edir” ( 16542261)
-
turanpress.com"Gör, efiri kimlər idarə edir" ( 16541391)
-
bizim.media"Gör, efiri kimlər idarə edir" ( 16540559)
-
demokrat.az"Gör, efiri kimlər idarə edir" ( 16539861)
-
sfera.az"Villalara getmirəm" - Mətanət Əsədova ( 16509469)
-
bizim.media"Villalara getmirəm" - Mətanət Əsədova ( 16509289)