Mütəxəssislər hesab edirlər ki, yeni müasir binaların inşası əmlakın qiymətləri üzərində həm müsbət, həm də mənfi təsirlər yarada bilər. Nəzərdə tutulan layihələrin icrası nəticəsində mənzil bazarına olan tələbin artması, qiymətlərin yüksəlməsi və ya daha əlverişli təkliflərin meydana çıxması kimi aspektlər də müzakirə edilən məsələlərdəndir.
Bəs, sözügedən plan mənzil bazarında qiymətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya danışıb.
"Buna bənzər pilot adlı layihələrin həyata keçirilməsi kimi praktika artıq mövcuddur. Nazirlər Kabinetinin də bu barədə qərarı var idi. Qərara əsasən, hər rayon öz ərazisində olan köhnəlmiş yaşayış binalarının yenilənməsi üçün tikinti şirkətlərini cəlb edirdilər. Şirkətlər də onların yenilənməsi istiqamətdə işlər aparırdılar.
2016-2019-cu illərdə həm özəl sektorlar, həm də dövlətdən ayrılmış vəsait hesabına daşınmaz əmlak bazarında canlanma qeydə alındı, aktivlik müsbət mənada artdı və tikinti şirkətləri arasında rəqabət artdığı üçün irəliləyişlər oldu.
Nəsimi, Nərimanov, Yasamal əraziləri və müxtəlif yerlərdə hazırda gördüyümüz yeni tikilmiş binaların əksəriyyəti elə məhz həmin dönəmdə ərsəyə gəldi. Lakin 2020-ci ildən etibarən tikinti şirkətlərinin arasında rəqabət azaldı və qiymətlər yenidən artırıldı”, - o, deyib.
Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında mənzil qiymətləri ilə bağlı müsbət addımların atılması proqnozlaşdırılır.
4Mənbələr
-
news24.azEv almaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlərlə bağlı VACİB XƏBƏR ( 16460359)
-
referans.azEv almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərlə bağlı VACİB XƏBƏR ( 16451051)
-
demokrat.azEv almaq istəyənlərin NƏZƏRİNƏ — Qiymətlərlə bağlı VACİB XƏBƏR ( 16450979)
-
bizim.mediaEv almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərlə bağlı VACİB XƏBƏR ( 16449435)