AZ

Petersberq İqlim Dialoqunda COP29-da əldə olunan tarixi uğurların əhəmiyyətindən danışılıb

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı VopkeHukstra ölkəmizin sədrliyi ilə keçirilən COP29-da əldə olunantarixi uğurların əhəmiyyətini növbəti dəfə vurğulayıb.

Trend xəbərverir ki, 26 mart 2025-ci il tarixində Almaniyada keçirilənPetersberq İqlim Dialoqu çərçivəsində bu ölkənin xarici işlərnaziri Annalena Berbok, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının (COP) 30-cu sessiyasınınmüəyyən olunmuş prezidenti Andre Korrea və Aİ-nin iqlim fəaliyyətiüzrə komissarı Vopke Hukstranın iştirakı ilə keçirilən birgəmətbuat konfransında Azərbaycanın sədrliyi və ev sahibliyi iləkeçirilmiş COP29 zamanı əldə olunan tarixi nailiyyətlərdən növbətidəfə bəhs olunub.

Mətbuat konfransı zamanı komissar Vopke Hukstra COP29 zamanı 100milyard dollarlıq maliyyə hədəfini üç dəfə artırmaqla bağlı çətin,bir o qədər də tarixi qərarın verildiyini və bununla iqlimmaliyyəsi sahəsində yeni bir eranın başlanğıcının qoyulduğunudiqqətə çatdırıb.

Vopke Hukstra, həmçinin cari ildə Braziliyanın Belem şəhərindəkeçiriləcək COP30-un Paris sazişinin tam icrasına, habelə COP28 vəCOP29 zamanı əldə olunan uğurların daha da möhkəmləndirilməsinəsadiqliyi təsdiqləmək şansı olduğunu bildirib.

Məqalədə:
Seçilən
184
5
az.trend.az

4Mənbələr