Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə "İrəvan dialoqu-2025" forumu zamanı Cənubi Qafqazda dəhliz məntiqinin reallaşmasına qarşı olduqlarını bildirib.
Xətibzadə deyib: "Qəti şəkildə deməliyəm ki, biz regionda heç bir geosiyasi, ərazi dəyişikliklərini qəbul etməyəcəyik. Bunu "Zəngəzur" və ya başqa cür adlandıra bilərlər. Biz Ermənistan ilə Azərbaycan arasında beynəlxalq hüquq əsasında, Ermənistanın suverenliyi və qanunları əsasında razılaşdıracaqları addımları dəstəkləyirik".
Onun fikrincə dəhliz məntiqi regionda əlaqələrin parçalanmasına yönəldilib. İran isə regionun gələcəyini belə görmür.
İranın xarici işlər nazirinin müavini deyib: "Hesab edirik ki, bizə parçalanma yox, birlik gərəkdir".
Bundan əvvəl İranın müdafiə naziri Əziz Nəsirzadə Tehranın Ermənistanla İran sərhədindəki vəziyyətin dəyişməsinə yol verməyəcəyini bəyan etmişdi.
Hürr Tərcüman