Bu gün Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulacaq.
Operativ Media xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gələcək.
Mövsümün son matçında isə "Araz-Naxçıvan" "Zirə"ni qonaq edəcək.
Azərbaycan Premyer Liqası
36-cı tur
25 may
17:00 "Turan Tovuz" – "Kəpəz"
Baş hakim: Fərid Hacıyev
Tovuz şəhər stadionu
19:30 "Araz-Naxçıvan" – "Zirə"
Baş hakim: Cavid Cəlilov
“Liv Bona Dea Arena”