RU

Millimizin ilkin heyəti AÇIQLANDI

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

Bizim.Media xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib.
 

"Sabah"ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.


Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
0
10
bizim.media

10Источники